ETH Zurich və ya İsveçrə Federal Texnologiya İnstitutu dünyanın ən yaxşı və ən tanınmış ali təhsil ocaqlarından biridir. Hətta 2015-2016 dünya universitetləri reytinqinə görə də mühəndislik və texnologiya sahəsində dünyanın ən yaxşı 5 – ci universiteti seçilmişdir.
Universitetin bu məşhurluğunun və uğurunun arxasındakı ən mühüm amillərdən biri isə tanınmış elm adamı Albert Eynşteynin də aralarında olduğu, bu universitetdə təhsil almış və ya akademik fəaliyyətlə məşğul olmuş insanların 21 Nobel mükafatına layiq görülməsidir. Diqqət çəkici reklam kampaniyalarını yayımlayan “Ads of the World” adlı internet saytının paylaşdığı məlumata görə, sözügedən universitet ETH Mühəndislik Təqaüd Proqramı çərçivəsində hər il ən uğurlu 50 tələbəni maliyyə dəstəyi ilə təmin edir.
ETH Mühəndislik Təqaüdləri ianələrin hesabına maliyyələşdirilir. İsveçrə Federal Texnologiya İnstitutu Fondu da bu təqaüdlər üçün daha çox ianə toplamaq məqsədilə bir reklam kampaniyası hazırlamağa qərar verib. Reklam kampaniyasının üzü isə İsveçrə Federal Texnologiya İnstitutunda həm təhsil almış, həm də professor olmuş Albert Eynşteyn olub. Bu diqqət çəkici reklam kampaniyası çərçivəsində üstün zəkalı insanların yarım ştatlı işlərə görə təhsillərinə tamamilə yönələ bilməmələri halında nə baş verə biləcəyinə diqqət çəkmək üçün Albert Eynşteynin müxtəlif işlərdə işləyən biri olaraq təsvir edildiyi şəkillər hazırlanıb.
Hazırlanan şəkillərdə aşağıdakı ifadələrin yer aldığı açıqlama qeyd edilib:
“Lütfən ETH Mühəndislik Təqaüdlərini gözləyin. İanələriniz ilə ən seçilən tələbələrin sadəcə təhsillərinə yönəlmələrinə və potensiallarından tamamilə istifadə etmələrinə imkan yaradırsınız. Elmin gələcəyinə mühüm töhfə verə və növbəti Eynşteynin yetişməsinə yardımçı ola bilərsiniz.”
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
Banco.az