İş məmnuniyyəti anlayışı

23 mart, 2020 0 2 537


İş məmnuniyyəti anlayışı


İş məmnuniyəti anlayışı və onun hansı faktorlardan asılı olduğu haqqında bir qədər araşdırma aparsam da bu mövzunun çox geniş yayılmadığı nəticəsinə gəldim. İşçi motivasiyası (Eng.: Motivation, Türkçe: Motivasyon) ilə iş məmnuniyyəti (Eng.:job satisfaction, Türkçe: İş doyumu) anlayışları fərqli anlayışlardır. Buna görə də bir neçə mənbəyə istinad edərək iş məmnuniyyəti anlayışının izahını vermək istərdim.

Demək olar ki, əksər insanlar üçün iş həyatı, bir peşəyə sahib olmaq həyatında “əsas (açar) rol”dur. İnsanların hələ kiçik yaşlarından etibarən işləmək və ya bir peşə sahibi olmaq istəyi, həmin peşənin sahibi olmaq üçün göstərdiyi maraq, sərf etdiyi enerji, etdiyi cəhdlər, peşə sahibi olduqdan sonra iş tapa bilməmə qorxusu, karyerasında müvəffəq olduğu zaman keçirdiyi xoş hisslər və təqaüd yaşına çatdıqda təqaüdə çıxacağı üçün keçirdiyi sıxıntı onların çoxu üçün iş həyatının nə qədər önəmli olduğunun göstəricisidir.

Parter və Mathews iş məmnuniyyəti anlayışının ilk dəfə 13-cü əsrdə meydana gəldiyini və Latın dilində "kifayət" mənasını verən "satis" sözündən yarandığını bildirmişdir.

Bir başqa mənbə isə 1930-1940-ci illərdən etibarən müəssisələr işçinin iş məmnuniyyəti ilə məhsuldarlığın artması arasında əlaqə gördükdən sonra iş məmnuniyəti anlayışının önəmli bir araşdırma mövzusu olduğunu qeyd edir.

İş məmnuniyyəti anlayışı bəsit dillə desək, insanın işini sevmə dərəcəsi olaraq anlaşılmaqdadır, yəni iş məmnuniyyəti işçinin iş şəraitinə, ümumilikdə işinə emosional cavabıdır, motivasiya isə ehtiyaclarını ödəmək və ya təmin etmək üçün hərəkətverici qüvvədir.

Aparılan araşdırmalara əsasən iş məmnuniyyəti iki cəhətdən önəmlidir. Birincisi, işçi tərəfindən baxıldıqda, iş məmnuniyyəti həyat (yaşama) məmnuniyyəti ilə əlaqəlidir və bu, insanlara fiziki və mənəvi olaraq təsir etməkdədir. Digər tərəfdən,“Bir iş məmnuniyyəti ölçüsü olaraq işin təsviri miqyası: Uyğunlaşdırma, Dəyişiklik və Etibarlılıq” (Bir İş Doyumu Ölçümü Olarak İş Betimlemesi Ölçeği:Uyarlama, Geçerlik ve Güvenirlik Çalışması) adlı məqalədə isə bildirilir ki, işəgötürənlərə görə iş məmnuniyyəti və məhsuldarlıq arasında birbaşa əlaqə olmasa da, iş məmnuniyyətsizliyinin yaratdığı mənfi nəticələr (stres, davamiyyətsizlik, komandaya uyğunlaşmamaq və s.) məhsuldarlığa dolayı yolla təsir etməkdədir.

İş məmnuniyyətinə dair ümumi anlayışlar olsa da, lakin motivasiya nəzəriyyələri kimi onunla bağlı nəzəriyyələr yoxdur (motivasiya nəzəriyyələrinin bəzilərində iş məmnuniyyəti mövzusuna toxunulur). Bildiyiniz kimi, ilk motivasiya nəzəriyyələri 1954-cü ilə aid olan Maslow’nun “İnsan ehtiyacları iyerarxiyası” və Herzbergin 1959-cu ilə aid olan “İki faktor” nəzəriyyələri olmuşdur.

Fred Luthans “Organizational Behaviour” adlı (Təşkilati davranış - 2011) kitabında iş məmnuniyyətinin üç vacib hissəsini bildirmişdir:

- İş məmnuniyyəti emosional davranış olub, hiss edilə bilər, görülə bilməz.
- İş məmnuniyyəti nəticələrin gözləntiləri nə dərəcədə qarşılaması (təmin etməsi) ilə ifadə oluna bilər.
- İş məmnuniyyəti özü ilə birgə bir çox faktoru da əhatə edə bilər: Maaş, karyera yüksəlişi, idarəetmə üslubu, komanda yoldaşları və s.

Hər bir işçinin iş məmnuniyyəti onların gözləntiləri və xarakteristik xüsusiyyətləri nəzərə alınaraq fərqli səviyyələrdə ola bilər. Eyni zamanda iş məmnuniyyəti qeyd edildiyi kimi işə və iş şəraitinə qarşı emosional bir cavab olduğuna görə ölçülməsində çətinlik mövcuddur. İş məmnuniyyəti işə qarşı işçinin mövqeyini ifadə etdiyi kimi, bu mövqenin də fərqli tərəfləri vardır. Bu tərəflər aşağıdakı sxemdə əks olunmuşdur:

İş məmnuniyyəti anlayışı


Mənbə: M. Jennifer George, Jones R. Gareth, Organizational Behavior

Bunu da qeyd etmək lazımdır ki, müasir dövrümüzdə iş məmnuniyyəti anlayışı fərdiləşmənin daha çox yayıldığı istehlak cəmiyyətində sadəcə bilik və bacarıqlara görə deyil, yeni həyat standartına uyğun “yeni dəyərlər” – gəlir səviyyəsi, sosial status və s. görə formalaşmaqdadır.

Müəllif: Gülarə Novruzova-Gözəlova











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə