"Həvva olmasaydı, Adəm hələ də cənnətdə qalacaqdı" və ya qadına "milli baxış"

08 iyul, 2020 0 613


"Həvva olmasaydı, Adəm hələ də cənnətdə qalacaqdı" və ya qadına "milli baxış"


Bu yazını oxumazdan əvvəl, bəri başdan bildirim ki, qətiyyən feminist DEYİLƏM. Sonda bir lətifə paylaşacam, bu yazım da həmin lətifədən sonra bədahətən gəldi.
Qadın-kişi diskriminasiyası, Adəm və Həvvanın dövründən mövcuddur (qabırğadan yaranmışıq, onu deyirəm. Hə, birdə, Həvva olmasaydı, Adəm hələ də cənnətdə qalacaqdı).
İş həyatında, ailə həyatında, şəxsi həyatda bu diskriminasiya həmişə hiss edilib.
İşdə hər hansı bir məsələ ilə bağlı eyni təklifi ayrı-ayrı vaxtlarda həm kişi, həm qadın etsin. Qadının təklifinə birmənalı olaraq yox deyəcəklər. Eyni təklifi kişi etdikdə isə, bəh-bəhlə təklifi qəbul edib, hətta şəninə təriflər də yağdıracaqlar (bu bütün dünyada belədir). Eyni işi yerinə yetirən qadının əmək haqqı kişidən aşağı olur. Elə buna görə də ABŞ-da keçən əsrin ortalarında Equal Pay Act (Bərabər Əməkhaqqı Aktı) da qəbul edilib ki, bu kimi halların qarşısını almaq mümkün olsun.
Ailədaxili münasibətlərdə bir çox ailələrdə (və ya kişilərdə) qadına milli baxış mövcuddur - qadın ikinci dərəcəlidir. “Arvadi eşit, amma dediyinə əməl etmə” - prinsipi yarızarafat, yarıgerçək gündəlik həyatda tətbiq edilir.
Düzdür, müasir dövrdə qadına münasibət dəyişmiş ola bilər, artıq qadın cəmiyyətin aparıcı qüvvəsidir, amma hələ də qadının əzildiyi, qadının söz hüququ olmayan ailələr var. Ailədə qız uşağı dünyaya gələndə yas saxlayan ailələri hələ demirəm.
Qadına olan münasibətin bünövrəsinin necə qoyulduğunu bilmək, görmək istəyən Azərbaycan Milli Elmlər Akademiyasının nəşr etdirdiyi “Atalar sözləri” kitabında “A” hərfi bölməsində “arvad” sözü ilə başlanan atalar sözlərini oxusun. Atalarımız sağ olsunlar, belə görürəm, bizim üçün evyıxan, sözgəzdirən, ağılsız və s. kimi don biçiblər. Düzdür bir-iki tərifli atalar sözü də var, amma pislədikləri qədər də pisləyiblər.
Nə isə, ürəyim açıldıqca, açılacaq, yaxşısı budur, söz verdiyim lətifəni yazım:

Maşın gedir, sükan arxasındakı kişidir.
Üzbəüz başqa maşın gəlir, sükan arxasındakı qadındır.
Yaxınlaşdıqda, qadın şüşəni endirir və qişqırır: “Donuz”!
Kişi də qadını cavabsız qoymur: “İftitə”!
Yoluna davam edir və sürətlə bir neçə metr irəlidəki döngədə yolda uzanmış donuzla toqquşur.

Nəticə: kaş ki, kişilər biz qadınları vaxtında dinləsəydilər...


Müəllif: Sevinc Qarakişiyeva











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə