Uğurlu iş qadını olmağın yolları

12 avqust, 2018 0 3 941


Uğurlu iş qadını olmağın yolları


Qadınlara xas çətinliklərə qarşı hazırlıqlı olun.

1. Uğurlu qadınlar haqqında maraqlanın, oxuyun.
Biznes və digər sahələrdə müvəffəqiyyətli olan bir çox qadın var. Müvəffəqiyyətli qadınların keçmişini və karyera da irəliləmə yollarını araşdırıb öyrənməyiniz motivasiya olmağınıza və ilham almağınıza kömək olacaq. Uğurlu qadınların hekayələrini oxumağınız sizə necə uğurlu olmağın və proses zamanı, qarışlaşacagınız çətinliklərin yollarını göstərəcək.

2. Işlədiyiniz sahədəki müvəffəqiyyətli qadınları araşdırın.
Fəaliyyət göstərdiyiniz sahədəki uğurlu qadınları kəşf edin, bu hal karyera addımlarınızı necə düzgün atmalı olduğunuz ilə əlaqədar fikir sahibi olmağınıza kömək olacaq. Fəaliyyətdə olduğunuz sahədəki müvəffəqiyyətli qadınların təhsillərini, ilk iş təcrübələrini və karyeralarındakı digər məlumatları araşdırın. Bu qadınların nələri doğru etdiyini araşdırın və daha sonra bu məlumatları öz karyera planınızda istifadə edin.

3. Qadınların az işlədiyi sahələrə üz tutun.
Tarixən qadınlar elm, mühəndislik, texnologiya, riyaziyyat və kompyuter elmi kimi sahələrdə az iştirak etmişdir. Bu sahələrdən birində fəaliyyət göstərən bir qadın, digər qadınları da bu sahələrə cəlb edə bilər.

4. Işinizi və ailə həyatınızı necə balanslaşdıracağınızı planlaşdırın.
İşləyən və ya işləmək istəyən qadınların ən böyük narahatçılıqlarından biri iş və ailə həyatlarını necə balanslaşdıracaqlarını bilməməkləridir. İş və ailə həyatını balanslaşdırmanın ən yaxşı yolu, şirkət tərəfindən maliyyələşdirilən uşaq tərbiyəsi, elastik iş proqramı, ailəyə səhiyyə yardımları və atalıq icazəsi kimi koməklər göstərən ailə dostu siyasət aparan bir şirkət tapmaqdır.

5. Ədalətsiz maaş bölgüsü ilə mübarizə edin.
Idarəetmə və inzibati vəzifələrdə işləyən qadınların sayı hər keçən gün artsa da maaş mövzusunda hələ də problemlər yaşayırlar. Eyni işi görsələr də qadınların kişilərə nisbətən daha aşağı maaş almaqları bir həqiqətdir. Təhsil və ya uşağın olmağı kimi amillər əmək haqqına təsir edir, amma problem qadınların özlərinin müdirləri ilə yüksək əmək haqqı müzakirələri aparmamaqlarıdır. Ədalətsiz maaş bölgüsü ilə mübarizə etmək üçün:
Bənzər vəzifələrə sahib olan digər kişi və qadınların maaşlarını araşdırın. Dəyərinizi öyrəndikdən sonra bacarıqlarınızı necə satacağınızı öyrənin. Özünüzü əsla dəyərsiz görməyin. Maaş təklifi ilə dərhal razılaşmayın. Başlanğıç olaraq təqdim etdikləri ödənişi düşünün və hər zaman daha artığına laiq olduğunuzu bilin. Artım tələb edə biləcəyinizi unutmayın. Maaşın az olduğunu düşünursünüzsə bir yerdə çalışdığınız və ya sizinlə eyni işləri görən yoldaşlarınızın daha yüksək ödəniş aldığını öyrənsəniz artım istəməkdən qorxmayın.

6. Özünüzə güvənin.
Uğurlu bir iş qadını olmaq istəyirsinizsə özünüzə və bacarıqlarınıza güvənməlisiniz. Özünüzə güvəndiyinizi göstərsəniz insanlar da özünüzdən əmin olduğunuza inanar. Özündən şübhə etmək təbii bir haldır ancaq bunun sizi zəiflətməsinə icazə verməməlisiniz. Unutmayın ki, olduğunuz nöqtədə, gördüyünüz işdə müvəffəqiyyətli olduğunuz üçün varsınız.

7. Həvəsli olun.
Qərarlılığınızı həm ünsiyyətiniz, həm də hərəkətləriniz ilə göstərə bilərsiniz. Qərarlarınıza güvənin və bir qərar verdikdən sonra özünüzü sorğulamaqdan əl çəkin. Aydın və özünə inamla danışın və qərarlarınıza şübhə etmək üçün insanlara heç bir səbəb verməyin. Tənqid edilsəniz mümkün qədər sakit olmağa və düzgün cavablar verməyə çalışın. Bu tənqidə görə özünüzdən və qabiliyyətlərinizdən şübhə etməyin.

8. Tənqidlərin öhdəsindən müvəffəqiyyətlə gəlin.
Tənqidlərin öhdəsindən gəlmək və tənqidləri uzaqlaşdırmaq vacibdir. Ancaq tənqid və təhqir arasında böyük fərq var. Bu fərqi görmək lazımdır.
Təhqir özünüzə olan hörmətinizi zədələmək üçün hazırlanmış ifadələr və ya ittihamlardır. Sizə kömək etmək və ya səhvlərinizi göstərmək üçün deyilmir. "Necə bu qədər axmaq ola bilirsən?" demək təhqirin bir nümunəsidir.
Digər tərəfdən isə tənqidlərin arxasında yaxşı niyyətlər var. Tənqidlər özünüzü inkişaf etdirməniz üçün hazırlanan müsbət şərhlərdir. "Hesabat üçün təşəkkür edirik. Hesabatı hazırlamaq üçün səy göstərmisiniz ancaq yaxşı alınmayıb " bu bir tənqidir. Belə tənqidlərə ən yaxşı cavab, qarşınızdakı insana təşəkkür edib özünüzü təkmilləşdirmək üçün yeniliklər etməkdir.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Moneta.az
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə