Stereotiplər və ya ideya qatilləri

21 aprel, 2018 33 3 235


Stereotiplər və ya ideya qatilləri


Səbuhi Məmmədəliyev HR-AZ.COM üçün yazır:

"Bu gün “Rekruiting” sahəsində tendensiya halına gələn stereotiplər haqqında fikirlərimi bölüşmək istəyirəm. Düşünürəm ki bəzi rekruterləri qıcıqlandıran məqamlar da olacaq, amma nə edə bilərik... İnsan daim seçimlərlə üzləşir! Ya düşünüb nəticə çıxaracaq, ya da “oynamıram” deyib kin saxlayacaqlar.

İnsan resursları – dərin anlayışdır, düşünənlər üçün! İnsanlarla işləyən kəslər hər bir insana individual yanaşmalı və bilməlidir ki STEREOTİPLƏR bir - çox insanın ədalətsizcə kənara atılması və nəticədə ümidlərin sönməsi, potensialın basdırılması ilə bitir. Rekruterin missiyası – bu potensialı üzə çıxarmaqdırsa, STEREOTİPLƏRİ qırmağa çağırıram!

ƏMƏK TƏCRÜBƏSİ STEREOTİPİ

Gənclərimizin ən çox şikayətləndiyi mövzudur. Elanlarda riyazi üsulla belə üst-üstə düşməyən ali təhsil tələb edən yaş-staj bağlılığını demirəm, bu ayrıca mövzudur.

Ən çox yayılan stereotip – yaxşı işçi 3-5 il iş stajına malik olmalıdır. İşəgötürənlər bu tələbləri irəli sürərkən düşünürlər ki, belə işçilər heç bir hazırlıq tələb etmədən dərhal gələn kimi şirkətə gəlir gətirəcək. Rekruterlər isə (bir çoxları) rəhbərlər qarşısında “baş üstə” siyasətindən istifadə edib, guya bu fikirlə razılaşırlar.

Çətin ki bu rəqəmlər əsl biznesə faydalı olsun! Əslində işin incəliklərini anlamaq və əsas alətləri müəyyən etmək üçün, 6-12 ay kifayətdir. Hətta 1 illə 5 ilin arasındakı fərq də get-gedə azalır. Bir neçə il eyni işi öyrəndikdən sonra, məhsuldarlıq əyrisi platoya gedir. Məsələnin məğzi, insanın müəyən işə sərf etdiyi müddət deyil, bu işi nə səviyyədə mənimsəməsidir, yenilik və eksperementləri, müasir metodika və alətlərdən istifadə bacarığıdır!

TƏHSİL STEREOTİPİ

Əgər təhsil haqqında danışırıqsa, məsələnin mərkəzinə diplomun qoyulması elə də vacib deyil, həkimlər və ya hüquqşünaslar haqqında danışmırıqsa. Təhsil müəssisələrinə loyallıq bildirməyə məcbur olduğum üçün məlum səbəbləri çox da xırdalamayacağam. Düşünürəm ki bir illik məsləhətli yerdə real təcrübə formal olaraq universitetə gedib-gələn diplomlu şəxslərdən daha faydalıdır. İnkar etməzsiniz yəgin ki, bir çox peşəkar İT mütəxəssislərinin ya diplom ixtisası ayrıdır, ya da ki orta təhsilli özməşğul şəxslərdir. Hətta Dünya üzrə biz yetərincə təhsilini yarıda buraxıb bizneslə milliyardlar qazanan kəsləri tanıyırıq, adlarını çəkməyə ehtiyyac yoxdur yəgin ki! Xülasə - TƏHSİL VACİBDİR, amma başlıca mövzu deyil!

KEÇMİŞDƏ BƏYƏNMƏDİYİN NAMİZƏDİ HƏMİŞƏLİK SİLMƏK

İnsanla asan həll yollarına meyillidirlər, bəzən yalnış yol olsa da. Bunun nəticəsidir ki, illər öncə insan haqqında yaranan təəsüraat əsasında mühakimə edirik. Müsahibəyə dəvət etmirik ki: “insanlar dəyişilməzdir”! Əsla belə etmək lazım deyil, insanlar kifayət qədər dəyişirlər!

Birincisi, əlbəttə, yaxşı bir mütəxəssis illər ərzində artan peşəkarlıq səviyyəsinə malikdir. Yəqin ki, bir neçə il bundan qabaq, müsahibə kürsüsündə əyləşən praktiki bacarıqları olmayan gənc bir xəyalçı oturmuşdu, və indi siz bazarın əsl akulası ilə üz-üzə ola bilərsiniz. Ancaq bu yeganə dəyişiklik deyil.

İnsanlar bəzən dəyərləri və qlobal baxışları, xarakter əlamətlərini və problemlərin həlli üçün əsas yanaşmaları dəyişir. Dünən zəif ünsiyyət qabiliyyətlərini göstərən və yığıncaqda bir fikir ifadə etməyə cəsarət etməyənlər, bu gün "əyilməz" tərəfdaşlar ilə milyonluq sazişlər bağlaya bilər. Üç il bundan əvvəl sıfır proaktivliyi və müştəri yönümlü olmamasını göstərən bir kəs, bəlkə də, iş yerinizdə sonsuz sadiq müştərilər - yeni Apple - imperatorluq qurmağa qadirdir. İnsanlara qarşı anlayışlı olun, onlara özlərini sübut etmək üçün arena verin!

YAŞ MƏHDUDİYYƏTİ

Əksər işəgötürənlər əmək qabilliyətsizliyini peniya yaşından daha tez gəldiyini güman edir. Praktikada işləməyin yuxarı yaş həddi qeyri-formal olaraq 40-dır. Qeyri-dövlət sektorunda işə qəbul olunan bəxtəvər kəslər adətən 25-35 yaş arasındadır. Bəli, razıyam yaşlı əməkdaşlarda enerji və güc ehtiyyatları 30 yaşındakı insanda olan qədər deyil. Ancaq iş günün və ya iş həftəsinin qısaldılması ilə (məvacibdə azalma şərti ilə) bu məslələni həll etmək olar."

Davamı olacaq....











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
Adam8 noyabr 2024, 11:50
The royal flush is by far thhe top, closely
followed by a straight flush.

Also visit my page ... Click Here
Pamela8 noyabr 2024, 23:48
These choices pair nicely with Everygame’s
accountable playing features.

My blog ... more info
Vince9 noyabr 2024, 01:47
Selkect sportsbooks supply same-game parlays, permitting you to
tack moneylines, point spreads, totals and/or prop bets from one game into one
wager.

Here is my web site :: check here
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə