Tək sualla lideri necə tanımaq olar? - Deyv Ulrix və Çester Elton

06 noyabr, 2024 0 410


Tək sualla lideri necə tanımaq olar? - Deyv Ulrix və Çester Elton


“Müasir İnsan Resurslarının atası” kimi tanınan məşhur professor Deyv Ulrix (Dave Ulrich) və idarəetmə sahəsində tanınmış yazıçı Çester Elton (Chester Elton) liderlik mövzusunda illərin təcrübəsi əsasında əldə etdikləri dəyərli nəticələri bu məqalədə paylaşıblar. Onlar, fərdi inkişaf, özünüdərk və digərlərinə təsir gücünün liderlikdə əsas rol oynadığını vurğulayaraq, effektiv liderin ətrafındakı insanlarda özlərinə daha çox güvən hissi oyatmasının liderlik göstəricisi olduğunu izah edirlər.

HR-AZ.com olaraq, bu nüfuzlu mütəxəssislərin fikirlərini oxucularımıza təqdim etməklə, ölkəmizin peşəkarlarının liderlik barədə daha geniş baxış qazanmasına dəstək olmaq istəyirik:

İki müəllif olaraq yüzlərlə insanla fərdi iş apardıq, minlərlə insana dərs keçdik və çoxsaylı liderlərlə araşdırmalar apardıq ki, effektiv lideri nəyin fərqləndirdiyini müəyyən edək. Bu təcrübələrimiz kitablar, podkastlar, paylaşımlar və təqdimatlarla nəticələnib. Liderlik mövzusunun mürəkkəbliyini sevsək də, gündəlik davranışlarda liderlərin özlərini inkişaf etdirmələrinə yardım etməkdə sadəliyi qiymətləndiririk.

“Effektiv liderin ən əsas qiymətləndirilməsi nədir?” sualı ilə qarşılaşanda 360 dərəcə qiymətləndirmələrə, araşdırmalara və ya digər çərçivələrə müraciət etmirik. Sadəcə bir sual veririk:

Bir şəxs bu liderlə ünsiyyətdən sonra özünü daha yaxşı (və ya daha pis) hiss edirmi?

Bu sadə sual, liderliyin şəxsi münasibətlər üzərində qurulmasını, liderin deyil, qarşı tərəfin bu dəyəri təyin etməsini və liderlərin başqaları üzərində yaratdığı müsbət təsiri vurğulayır.

Bu sualı çoxsaylı liderlərlə paylaşmışıq və onların bir çoxu liderlik gücündən başqalarını gücləndirmək üçün istifadə edir. Onlar qeyd edir ki, əgər ünsiyyət müsbət xəbər ətrafında olarsa, digərlərinin özlərini daha yaxşı hiss etmələrini təmin etmək nisbətən asandır. Lakin, hətta çətin xəbərləri çatdırarkən də, başqalarının özlərini yaxşı hiss etmələrinə diqqət yetirmək effektiv liderliyin əlaməti sayılır.

Digər insanlarla ünsiyyəti və özləri ilə bağlı müsbət hissləri gücləndirmək üçün liderlərə kömək edəcək yeddi konkret məsləhət təqdim edirik.

1. Səmimi qayğı göstərin.

Digərləri liderin onlar haqqında qayğı göstərdiyini hiss etdikdə, onlar həm müsbət, həm də çətin geribildirimə daha yaxşı cavab verirlər. Kiçik bir söhbət və ya “Səninlə maraqlanıram” demək belə müsbət bir münasibətin başlanğıcıdır.

2. Vizyonu ötürün.

Liderlər başqalarına özlərinin və başqalarının gələcəyinə müsbət təsir göstərə biləcəklərini göstərərək gələcəyi daha parlaq görə bilmələrinə kömək edə bilərlər. Hər kəsin başqalarına faydalı olacağı nəsə var və bu “Özünüz və başqaları üçün müsbət təsir yaratmaq imkanınız var” kimi ifadələrlə vurğulana bilər. Bu yolla işçilərinizə böyük mənzərəni görməyə də kömək etmiş ola bilərsiniz.

3. Müsbət niyyətə sahib olun.

Liderlər inanmalıdır ki, əksər insanlar işə yaxşı niyyətlə gəlir, lakin qaçınılmaz olaraq səhvlər edir (məsələn, görüşə gecikmə, təyin olunan vaxtı keçirmə və s.). Səhvlərə diqqət yetirmək əvəzinə, liderlər bu səhvlərin səbəblərini araşdıraraq diqqətlərini problem həll etməyə, inkişaf etdirməyə yönəldə bilər. Müsbət niyyət, liderin münasibətini günahlandırmaqdan problemərin həllinə, təkmilləşməyə və öyrətməyə dəyişir.

4. Buddanın üç qapısını tətbiq edin.


Başqaları ilə ünsiyyətdə Budda onların sözlərinin üç qapıdan keçməsini tövsiyə edir:

a. Bu, həqiqətdirmi?
b. Bu, zəruridirmi?
c. Bu, nəzakətlidirmi?

Həqiqəti danışmaq siyasətdən, dedi-qodudan və şayiələrdən qaçmağa kömək edir. Zəruri olanı söyləmək isə hansı məlumatları paylaşacağımızı seçməyə kömək edir. Hər bir şeyi paylaşmaq zəruri olmaya bilər. Nəzakətli olmaq isə, münasibətləri gücləndirir. Çesterin atası həmişə deyərdi ki, yeni doğulmuş körpə eybəcər ola bilər, amma bunu onun qürurlu valideynlərinə demək məcburiyyətində deyilsən. Lakin, nəzakət o demək deyil ki, işçilərdən yüksək standartlar tələb edilməsin. Tam əksinə, insanları məsuliyyətə cəlb etmək və daha yüksək standartlar tələb etmək də bir növ nəzakətdir.

5. Digər şəxs özünü başa düşülmüş hiss edənə qədər dinləyin.

Deyv bir liderə "yaxşı dinlədiyini" deyəndə onun başqasını anladığını deməsi kifayət etmir. Liderin dinləməsi qarşı tərəfin başa düşüldüyünü hiss etməsi üçün olmalıdır. Bu, onların problemləri necə həll edəcəyinə dair fikirlərini soruşaraq və diqqətlə dinləməklə mümkün olur. Gallup-ın son sorğusuna əsasən rəhbərləri tərəfindən işlə bağlı çətinlikləri dinlənilən işçilər 62% daha az tükənməyə (burnout) məruz qalır.

6. Müsbət münasibətlər mənfi münasibətlərdən çox olsun.

Evliliklər üzrə mütəxəssis Con Qotman (John Gottman) qeyd edir ki, münasibət zamanı mənfi rəylərin müsbət rəylərə nisbəti indeksi (hər bir mənfi rəydən sonra beş müsbət rəyin olması) münasibətlərin gələcəyini 90% dəqiqliklə proqnoz etməyə imkan verir. İş dünyasında isə "boşanma" işdən ayrılma ilə ölçülür. Tənqid deyil, tərifə daha çox üstünlük verən rəhbərlər işçilərlə münasibəti daha sağlam şəkildə qura bilirlər.

7. Minnətdarlıq ifadə edin.

Çesterə görə rəhbər işçidən minnətdarlığını əksik etməməlidir:

a. Dərhal edin. Davranışa yaxın vaxtda minnətdarlıq ifadə etmək, bu davranışın təkrarlanma ehtimalını artırır. Yəni, davranış aktuallığını itirmədən bu barədə rəyi bildirmək önəmlidir.
b. Tez-tez edin. Bəzi liderlər həddindən artıq tərifin insanlarda yanlış özünəinam yarada biləcəyinə inanır. Amma səhvdir! Əksər insanlar iş yerində kifayət qədər dəyər verilmədiklərini hiss edirlər.
c. Dəqiqlik. Ümumi tərif heç bir təsir yaratmır. Dəqiq minnətdarlıq, insanların mükəmməlliyə nail olma yollarını göstərir.Buna görə də, tərif edərkən və ya rəy verdikdə bunun spesifik olmasına diqqət edin.
d. Səmimiyyət. Minnətdarlığın səmimi olmadığını insanlar dərhal anlayır. Liderlərin hərəkətləri sözlərdən daha çox təsir göstərir.
e. Sadəlik. Minnətdarlıq həmişə böyük jestlər tələb etmir. Sadə sözlər, müsbət mesajlar və ya kiçik jestlər çox dəyərli ola bilər. Necə deyərlər, bəzən bir təşəkkür hər şeyi dəyişə bilər.


Başqalarını ruhlandırmaqla liderlik etmək bu gün hər zamankından daha önəmlidir. Ünsiyyətdən sonra insanların özlərini daha yaxşı hiss etmələrinə xidmət etmək liderlərin onlara təsirini artırır.
Ümid edirik ki, bu məqaləni oxuyarkən özünüz və liderlik bacarıqlarınız haqqında daha yaxşı hiss edirsiniz!

Müəllif: Deyv Ulrix, Çester Elton
Məqalənin orijinalı











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə