Karyerada yüksəlməyin 7 qızıl QAYDASI

24 fevral, 2019 0 924


Karyerada yüksəlməyin 7 qızıl QAYDASI


İşçilərin əksəriyyəti düşünürlər ki, nə qədər çox çalışsalar, vəzifədə bir o qədər tez yüksələ bilərlər. Faktiki olaraq isə bu qayda yalnız məktəb və universitetlərdə işləyir. Biznes daha mürəkkəb bir sahədir və burada sizin yalnız çalışqan olmağınız kifayət deyil.

Sizin karyera yüksəlişiniz, yalnız sizin marağınızdadır

Unutmayın ki, sizin karyera yüksəlişiniz heç kimin marağında deyil. Əgər karyeranızda irəliləyişinizi üçüncü şəxslə bölüşürsünüzsə, müvəffəqiyyət əldə edə bilməyəcəksiniz. Əgər yüksəlişiniz təxirə salınırsa, rəhbəriniz sizin layihələrə maraq göstərmirsə, deməli kifayət qədər çalışmırsınız.

Qaydaları öyrənin və qaydalar üzrə hərəkət edin

Biznes – xüsusi qaydalara malik olan bir oyundur. Oyunun qaydalarını bilməsəniz, necə qalib gələ bilərsiniz?

Digər bir sual odur ki, şirkətin mövcud qaydaları haqda harada məlumat əldə edə bilərəm? Mən hər zaman tövsiyə edirəm ki, bu kimi mövzular şirkətin rəhbərliyi ilə müzakirə edilsin. “Vəzifədə yüksəlməyim üçün nə etməliyəm?”, “Vəzifədə yüksəlişimi hələ nə qədər gözləyəcəyəm?”, “Vəzifədə yüksəlişim kimdən asılıdır?” – rəhbəriniz bütün bu suallara qısa, lakonik və dəqiq cavab verməlidir.

Təcrübəmdə tez-tez belə bir şeyə rast gəlmişəm ki, işçilər rəhbərliklə iş perspektivi haqqında danışmağa çəkinirlər. Yaxşı olar ki, bu məsələni çox uzatmayasınız. Sizə maraqlı olan suallar nə qədər tez cavablandırılsa, bir o qədər yaxşı olar. Siz soruşdunuz, amma cavab almadınız? Belə bir situasiyada işdən çıxmağınız tövsiyə olunur.

Təsir agentləri – sizin dostlarınızdır

Hər bir şirkətin öz “elitası” var. “Elita” dedikdə rəhbərliyə birbaşa çıxışı olan şəxslər nəzərdə tutulur.

Sizin əsas vəzifəniz – bu şəxsləri düzgün müəyyən etməkdir. Vaxt keçdikcə onlar daha çox nəzərə çarpırlar. İkinci addım isə onların etimadını qazanmaqdır. Buna nail olmaq üçün, onlarla qeyri-rəsmi görüşlər təşkil edə bilərsiniz. Bu və ya digər təsir agentinin daha çox hansı biznes keyfiyyətlərə diqqət etdiyini öyrənin, onlardan sonrakı iş həyatınızda istifadə etməyə çalışın.

Çalışın qarşı tərəfdə yaxşı təəssüratlar yaradasınız, beləliklə təsir agentlərinin dəstəyini qazanmaq şansınız olduqca yüksək olacaq.

Rəqabətli mühitdə olduğunuzu heç vaxt unutmayın

Rəqabətdən söhbət düşəndə, əməkdaşlarıma hər zaman maraqlı bir hekayə danışıram. İki ovçu heyvan ovlamaq üçün meşəyə gedirlər. Qəfildən ovçulardan biri, onlara yaxınlaşan və tullanmağa hazırlaşan pələngi görür. O, digər ovçuya xəbərdarlıq edir. Digər ovçu isə çantasından idman ayaqqabısını çıxararaq, geyinməyə başlayır. “Bunu nə üçün edirsən? Sən onsuzda pələngdən qaça bilməyəcəksən” – deyə birinci ovçu soruşur. “Düzdür, amma səni ki ötüb keçə biləcəyəm”.

Şirkətdə boş vakansiya yarandığı zaman, axtarış ilk növbədə mövcud işçilər arasında keçirilir. Bu halda “çantadakı idman ayaqqabısı”, aparıcı rol oynaya bilərlər. Sizdən ideal olmağınız tələb olunmur, amma sizə bərabər olan insanlar arasında hamıdan yaxşı olmalısınız.

Vəzifədə yüksəlmək istəyirsinizsə nəzakət və kommunikasiya bacarıqlarınıza diqqət yetirin. Belə ki, bütün bu xırdalıqlar da nəzərə alınacaqdır.

Yenilikləri daim izləyin, qlobal düşünün

Burada da idmana müraciət edək. Özünüz üçün belə bir suala cavab tapın – sizin üçün daha çox nə vacibdir: xokkeydə şaybanın hərəkət trayektoriyasına baxmaq, yoxsa ümumilikdə oyunun gedişini izləmək? Düşünürəm ki, cavab hər kəsə bəllidir. Biznesdə də analoji situasiya yaranır. Yalnız bir proses üzərində fokuslanmaq düzgün deyil, situasiyanı bütövlükdə qiymətləndirmək lazımdır.

Mən öz karyerama marketinq sahəsində başladım, sonra isə pərakəndə satış şöbəsinə keçdim. Marketinqdə tutduğum vəzifəni qurban verərək, peşəkar kimi inkişaf etmək imkanını əldə etdim. Bu qərarı vermək, heç də asan olmamışdı.

Çalışın əlinizə düşən fürsətlərdən istifadə edin, daha geniş düşünün.

Elə edin ki, müdiriniz xoşbəxtlikdən işıq saçsın

Beynəlxalq şirkətdə baş menecer vəzifəsinə qədər çox qısa bir müddətə – 3 ilə yüksəldim. Mən bu haqda uzun müddət düşündüm və belə qənaətə gəldim ki, bunun səbəbi mənim çox çalışmağım deyildi, bəxt idi.

Bir dəfə rəhbərliyim mənə bir diş markasını idarə etməyi həvalə etmişdir. Rəhbərliyimin bu markadan çox xoşu gəlirdi. Həmin dövrdə diş pastasının qablaşdırılması köhnəlmişdir və mən qərar verdim ki, onu yeniləmək lazımdır. Bu ideya müdirimin xoşuna gəldi, amma o qeyd etdi ki, qlobal dəyişiklər etmək lazım deyil. Mən bu yanaşma ilə heç razı deyildim, ona öz mövqeyimi əsaslandırmağa çalışdım. Nəticədə, baş direktor mənə bir şans verdi. Mənim hazırladığım layihə isə şirkətin ən böyük uğurundan birinə çevrildi.

Siz deyə bilərsiniz ki, “Böyük zəhmət, hər zaman mükafatlandırılmalıdır”, mən bu yanaşma ilə razı deyiləm. Mənim sadəcə bəxtim gətirib.

Sizin yaxşı nəticələrinizi hər kəs bilməlidir

Ən vacib şəxsi keyfiyyətlər siyahısını tərtib etdiniz, təsir agentlərini və şirkətin əsas inkişaf istiqamətlərini müəyyən etdiniz, şirkətdə fəaliyyət göstərən əsas “qaydaları” öyrəndiniz və işə başlamısınız. Əla! İndi isə nəticələrinizi bölüşmək vaxtı gəlib. Unutmayın ki,özünü reklam sizin müvəffəqiyyətinizin bir hissəsidir. Öz nailiyyətlərinizi bölüşməsəniz, rəhbərlik bundan necə xəbərdar ola bilər?

Nəticə əvəzinə

Qəbul etməliyik ki, biznes həyatında bəzən ədalətsiz qiymətləndirmə ilə üzləşə bilərik. Əgər işlədiyiniz yerdə nailiyyətlərinizə dəyər verilmirsə, işi dəyişməyiniz tövsiyə olunur.

Yenə də geriyə dönüb keçdiyiniz yolu bir daha nəzərdən keçirin. Əldə etdiyiniz təcrübə, işlədiyiniz yerdən asılı olmayaraq sizə müvəffəqiyyətə çatmaqda kömək edəcəkdir.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Banker.az
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə