Vizual zəka nədir? Nəyə lazımdır?

25 mart, 2019 39 7 168


Vizual zəka nədir? Nəyə lazımdır?


Əsrlər boyu klassik mənada zəka oxumaq və yazmaqla bağlı bacarıq kimi qavranılıb. Bu, əsasən, oxuma və yazmanın hamı üçün əlçatanlığının nəticəsidir. Yeni əsrdə isə vizual zəka (şəkil, video və s. qavranılması) vacib bir bacarıq kimi ortaya çıxıb. Əlbəttə, rəsm, heykəltəraşlıq kimi vizual sənətlər minilliklərdir ki, mövcuddur. Hətta insanlar yazı yazmazdan əvvəl də mağara divarlarında rəsmlər çəkiblər. Sadəcə bu, hər zaman, xüsusilə də orta əsrlərdən bəri, əksəriyyət üçün anlaşılmaz, əlçatmaz, mürəkkəb, baha və “elit” incəsənət növü idi.

Mağara adamının ünsiyyət qurmaq üçün istifadə etdiyi şəkilləri biz, müasir insanlar, muzeylərdə sərgiləyirdik. Axır ki, əcdadlarımızın tapdığı ünsiyyət vasitəsinin dəyərini başa düşdük. Son yarım əsrdə insanların həyatının əvvəlkindən qat-qat sürətli olması, sıx iş qrafikində uzun mətnlərin oxunulmasının çətinliyi kimi faktorlar başda olmaqla, müxtəlif səbəblərdən şəkil və videolar əsas informasiya və kommunikasiya vasitəsinə çevrildi. Biz artıq ən vacib anlarımızın şəklini və videosunu çəkib dostlarımızla paylaşırıq, Qurban bayramında qoyun şəkilləri yollayırıq, “öpürəm” yazmaq əvəzinə öpüş işarəsi göndəririk. Vacib ideyalarımızı çatdırmaq üçün yazı yazmırıq, kino çəkirik. Musiqilərimizi dinlətmək üçün onlara video çəkirik. Biz özümüz üçün ən praktik yolu tapmışıq.

Bəs bu vizual informasiya axınını kim nizamlayacaq?

Bu da bizim üçün yeni bir tapşırıqdır. Uşaqlara vizual savad vermək. Gördüyünü başa düşməyi öyrətmək. Hal-hazırda şəkil və videolar (eləcə də, digər bütün vizual vasitələr) informativ xarakterləri ilə məhdudlaşmır.



Onlar alt məna, sarkazm, ideologiya, motivasiya və ya demotivasiya aşılayır; hər bir illustrasiya hansısa mesajı çatdırır; hər bir karikaturada tarix gizlənir; hər bir film xarakterimizi, hər bir reklam alış-veriş vərdişimizi formalaşdırır. Bu informasiya axınında yox olmamaq, yaxşını pisdən ayıra bilmək üçün onu idarə etməyi gələcək nəslə öyrətmək onlara vurma cədvəlini və hərfləri öyrətməkdən də vacib görünür. Biz artıq bilirik ki, sözlər heç də yeganə ünsiyyət vasitəsi deyil. Şəkillər sözlə ifadə ediləcəklərdən daha çox mesajı çatdıra bilər. Əsrlərdir Mona Lizanın təbəssümünün çatdırdığı mesajlar kimi. Vizual dil mesaj yaratmaq, onu qəbul etmək və ötürmək üçün olduqca vacibdir. Bunun üçün vacib olan vərdişləri öyrənməyin vaxtı çoxdan gəlib:

baxmaq
görmək
təsvir etmək
təhlil etmək
şərh etmək
Yuxarıda sadalanan sadə bacarıqlar (ilk üçü) və daha yuxarı qavrayış səviyyəsi tələb edən mürəkkəb bacarıqlar (son ikisi) öz-özünə yarana və inkişaf edə bilməz. Bir fikirləşək görək ölkəmizdə nəyə görə dünyada rəqabətə davamlı və yaradıcı vizual kontent yaranmır, kinolar və reklamlar çəkilmir, karikatura sənəti durğundur və s. Ona görə ki, bizim yuxarıdakı son iki vərdişimiz yoxdur. Bunun vacibliyini isə gözardı edirik. Ona görə də, yaradıcı məhsullarımızın keyfiyyəti aşağıdır; uşaqlarımız baxdıqları kontenti başa düşməkdə çətinlik çəkir; hazırladıqları prezentasiyalar mövzu barədə əlaqəsiz şərhlərdən uzağa getmir. Buna görə də, vizual zəka üçün lazım olan vərdişlər tədris proqramlarına inteqrasiya olunaraq uşaqlara aşılanmalıdır. Əks halda, uşaqlarımızın vizual informasiya axınında itməsi elə də uzaq deyil. Digər ölkələrdən olan yaşıdları vizual məzmun yaratdığı bir dövrdə bizimkilərin hələ gördüklərini şərh edə bilməməsi ağlamalı vəziyyətdir.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com / Günay Əhmədli
Oxşar məqalələr
Şərhlər
Steve7 noyabr 2024, 04:22
Here, you don’t have to download thhe app just to benefit from the betting
and gaming experience.

Feel free to surf to my website - 슈어맨
Margherita7 noyabr 2024, 08:21
The type of mortgage you’re looking for — be it auto,
home or personal — woll decide the amount you should borrow.


Feel free to visit my webpage :: start.me
Maxine7 noyabr 2024, 14:38
While some lenders with longer phrases are Loan for Credit Card Holders score unions with restricted memberships, LendingPoint is available to most
people.
Emely7 noyabr 2024, 15:23
Rate consists of an automatic cost and electronic notices low cost.



Visit my blog post :: z9n.net
Judith7 noyabr 2024, 16:42
Once your loan is funded, the funds are put into an account,
which you will find a way to withdraw as money.

My site ... 일용직 대출
Bertha7 noyabr 2024, 23:57
It's also essential to know your pre-qualified terms and interest rate
to calculate ann accurate payment.

Feel free too visit my blog post Emergency Loan
Chester8 noyabr 2024, 00:42
Payment historical past maskes up to 35% of your credit rating, and on-time funds positively have an result on your credit
score.

My site :: Emergency Fund Loan
Louie8 noyabr 2024, 18:15
While backing your hometown groups can bbe fun, it’s often not the neatest betting technique.


Take a look att my webpage ... get more info
Brandie8 noyabr 2024, 23:44
Each of these markets provides other ways for followers to get in on the motion and pleasure.


Stop by mmy web site; 슈어맨
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə