Tətilə çıxarkən yanında mümkün qədər az sayda əşya apardığını söyləyən Bill Qeyts yay tətilində hansı kitabları oxumalı olduğunu düşünənlər üçün bu il də ənənəsinə sadiq qalaraq 5 kitablıq siyahı hazırlayıb.
1. The Future of Capitalism
Paul Collier-in son nəşr olunan kitabı kapitalizmin gələcəyinə dair fikirləri əks etdirir.
2. Nine Pints
“Müəyyən mövzulara dərindən toxunan kitablara heyranam, bu səbəbdən də “Pints” (başlıq yetnik bir insanın orqanizmində olan qanın miqdarına həsr edilib) siyahıma daxil edilib” deyən Qeyts-in tövsiyə etdiyi bu kitabın üz qabığında aşağıdakılar qeyd edilib:
“Pul, tibb və qanın əsrarəngiz dünyasına səyahət.”
3. Upheaval
Adının hərfi mənası “Çevriliş” olan kitabda böhran vəziyyətləri zamanı müxtəlif cəmiyyətlərin necə reaksiya göstərməsindən bəhs edilir. Xalqların daxili münaqişələr, xarici təhdidlər və ümumən vəziyyətin pisləşməsi kimi təməl problemlərlə necə mübarizə apardığını göstərən heyranedici silsilə hadisələri əks etdirir.
4. Presidents of War
“Bu kitabı almağa qərar verməyimdə əsas səbəb Vyetnam müharibəsinə olan marağım idi. Kitabı oxuyub qutardığım zaman təkcə Vyetnam haqqında deyil, Amerikanın 19 – cu əsrdə və 1970 – ci illərdə daxil olduğu səkkiz böyük çaxnaşma haqqında da bir çox şey öyrəndim.”
5. A Gentleman in Moscow
Kitab siyahıdakı yeganə romandır. Moskvada fəaliyyət göstərən bir oteldə ömür boyu ev həbsinə məhkum edilən bir zadəgan haqqında qələmə alınan bu roman hər kəsin bəyənəcəyi maraq doğuran süjet xəttinə sahibdir.
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
Banco.az