Ən maraqlı 5 biznes kitabı AÇIQLANDI

14 yanvar, 2019 0 862


Ən maraqlı 5 biznes kitabı AÇIQLANDI


Həyatımız boyu daim yanlış qərar verməkdən çəkinirik. Peşə, təhsil ocağı və ya kitab seçiminə xüsusi diqqət ilə yanaşırıq. Seçim böyük olsa da vaxt azlığı faktoru var. Bu qorxu növü fomo adlanır və “fürsət itkisindən çəkinmək” anlamını verir.

HR-AZ.com olaraq, sizə Forbes jurnalının 2018-ci il üçün seçdiyi 5 biznes kitabı təqdim etmək istərdik.



Ray Dalio - Principles

Ən maraqlı 5 biznes kitabı AÇIQLANDI


18,1 milyard dollar ilə Amerika Forbes jurnalının 25-ci pilləsində qərarlaşan, dünyanın ən tanınmış investorlarından olan Rey Dalio (Ray Dalio) “Principles” kitabının yazıçısıdır. Yazıçı, öz səhvləri əsasında 40 il ərzində istifadə etdiyi iki üsul tərtib edir “radikal şəffaflıq” və “radikal düzgünlük”. Dalio, kitabında unikal prinsipləri və illər ərzində topladığı şəxsi təcrübəsini bölüşür.



Tommy Hilfiger - American Dreamer: My Life in Fashion & Business

Ən maraqlı 5 biznes kitabı AÇIQLANDI


Əfsanəvi amerikalı dizayner Tommi öz ilk geyim dükanını 18 yaşında açır. 30 yaşında isə artıq imperiya sahibinə çevrilir. Lakin modelyer kitabda yalnız biznes haqqında deyil, eyni zamanda həyatda qarşılaşdığı çətinliklərdən də söz açıb. Belə ki, disleksiya (öyrənmə pozuntusundan) əziyyət çəkən, çoxuşaqlı ailədən çıxan uşaq heç bir güvəni olmadan dəb aləmini fəth edə bilir. Eyni zamanda atasından çox qorxmasına baxmayaraq, azadlığa gedən ilk addımını atmaqdan çəkinmir. Dəfələrlə yaxınları və biznes-tərəfdaşları tərəfindən xəyanətə uğrayır. Lakin məyus olmur.



W. Chan Kim and Renee Mauborgne -Blue Ocean Shift

Ən maraqlı 5 biznes kitabı AÇIQLANDI


“Dərin okean” strategiyasına tərtib etməkdən əvvəl dünya üzrə tanınmış professorlar Kim Çan və Rene Mauborn 30 il ərzində, dolu bazar rəqəbitini aşa bilən müxtəlif şirkətləri araşdırıblar. Yazıçıların yeni kitabı – qırmızı (rəqabət səviyyəsi yüksək olan) okeandan daha sakit (göy) olana keçmək haqqındadır.



Leigh Gallagher -The Airbnb Story: How Three Ordinary Guys Disrupted an Industry, Made Billions

Ən maraqlı 5 biznes kitabı AÇIQLANDI


Airbnb servisini, iki işsiz dizayn məktəbinin tələbəsi təsis edir. Gənclər pul qazanmaq üçün, mehmanxanada yer tapmayan tərtibatçı konferensiya iştirakçılarını evlərini kirayə vermək qərarına gəlirlər. Bir neçə dəfə şirkətin fəaliyyətini yeniləyirlər, hətta qazanc əldə etmək üçün stereotiplər və qanun ilə belə mübarizə aparırlar. Nəticə etibarı ilə bu gün həmin gənclər, işçilərinin fikrincə dünyanı dəyişmək gücünə malik olan 30 milyard dollar dəyəri olan şirkət sahibidirlər.



Lawrence Levy - To Pixar and Beyond: My Unlikely Journey with Steve Jobs to Make Entertainment History

Ən maraqlı 5 biznes kitabı AÇIQLANDI


Məhşur Pixar studiyasını 1986-cı ildə Stiv Cobs 5 milyon dollar müqabilində alır. Məhz o zamanlar, Stiv kitabın yazarı Lourens Levini şirkətin maliyyə direktoru olmağa dəvət edir. Yazar kitabında, o zamanlar balaca şirkət olan və istehsalçısı olduğu “Oyuncaqların əhvalatı” multiplikasiya filminin ekranlara yeni çıxmasına baxamayaraq, IPO-ya (Kütləvi Yerləşdirmə əlavə kapitalın cəlb edilməsi məqsədilə şirkətin qiymətli kağızlarının ilk dəfə qeyri-məhdud sayda investora satılması prosesidir) daxil olmasından bəhs etmişdir. Bütün bunlarla yanaşı, korporativ mədəniyyətin uğurun əldə edilməsində böyük rol oynamasını da, vurğulamışdır.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Banco.az
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə