Sən yanğınsöndürən deyilsən, HR-san!

22 aprel, 2021 0 1 035


Sən yanğınsöndürən deyilsən, HR-san!


Yanğınsöndürən vasitəni yəqin ki, çoxlarınız görmüsünüz.

Ok, bəs bunun HR - İnsan resursları ilə nə əlaqəsi var deyə soruşa bilərsiniz.

Gəlin yanğınsöndürən balonun istifadəsi və məqsədi barədə bildiklərimizi yadımıza salaq:

• Biz ondan adətən ehtiyacımız olduğu təqdirdə istifadə edirik.
• Hər hansı təcili və fövqəladə hal baş verərsə onlar əlçatan yerdə olurlar.
• Daim yaxınımızda olması lazım olsa da, çoxumuz ondan istifadə etməyəcəyimizə ümid edirik.

Bütün bunlar sizə tanış gəlir, elə deyilmi? Təəssüf ki, bir çox şirkətlərdə İnsan Resursları elə qurulur ki (bəzən elə HR-ların öz seçimi ilə), şirkətdaxili mühitdə yanğınsöndürən balon kimi fəaliyyət göstərir və ya ona məhz bu formada yanaşılır. Yalnız çox təcili və fövqəladə hal olduqda HR yada düşür. Bu qətiyyən belə olmalı deyil!

Yanğınsöndürən balon kiçik yanğınları söndürmək üçün effektiv vasitə olsa da, müəyyən məhdudiyyətləri vardır. Yanğını öncədən proqnozlaşdırmaq və qarşısını almaq kimi bir xüsusiyyəti yoxdur. Proaktiv deyil, daha çox reaktiv bir vasitədir.

İnsan Resursları mütəxəssislərinin "yanğınsöndürən balon"-dan fərqlənməsi gərəkli bəzi xüsusiyyətlərinə gəlin birgə baxaq:

Görünən olmaq - Yanğınsöndürən balonlar iş yerlərində çox görünən yerlərdə olurlar. Hətta bununla bağlı müəyyən qanunvericilik tələbləri də var ki, müəyyən işarələr və vasitələrlə yanğınsöndürənin yeri hər kəsə aydın olsun. Bu kritik bir məsələdir, çünki fövqəladə hal zamanı biz onu rahatlıqla tapa bilməliyik. Bəs HR necə? Qapının üzərində HR yazısından başqa sizcə işçilər üçün nə dərəcədə görünənsiniz?

İnsan Resursları mütəmadi olaraq öz masasından ayağa durmalı, ofisindən çıxmalı və mümkün olduğu qədər işçi heyətə "görünməlidir". İş ərazisinə hər dəfə fərqli qapıdan girməklə, qarşılaşdığınız işçilərlə salamlaşmaqla və ya bir başa işçilərin iş yerlərində mütəmadi görünməklə bunu edə bilərsiniz. Bir sözlə, balondan fərqli olaraq hər zaman sizin yanınıza gəlmələrini gözləmədən ara-sıra özünüz işçinin yanına getməlisiniz.

Əlçatan olmaq -
görünənlikdən əlavə yanğınsöndürən balon əlçatan olmalıdır. Əgər o hansısa bir formada məhdudlaşdırılıbsa, müəyyən bir qutuda ağzı bağlı, qıfıllı şəkildə saxlanılırsa lazım olan anda o sizin üçün əlçatmaz olur. Eynisini HR üçün də söyləmək olar. Bu o demək deyil ki, 24/7/365 iş yerində olmalısınız, lakin işçilər lazım olan informasiyanı sizdən lazımi zamanda ala bilməlidirlər. Bu prosesi HR üçün daha da rahatlaşdırmaq baxımından işçilər üçün özünəxidmət alətləri (self-service tools) hazırlanıb tətbiq edilə bilər. Bir sözlə, yanğınsöndürən balondan fərqli olaraq, daha proaktiv davranaraq işçilər üçün əlçatan olmanızı özünüz də təmin edə bilərsiniz.

Güvənilir olmaq - yanğın baş verdiyi anda yanğınsöndürən balonu əlinizə götürüb istifadə etdikdə onun istifadəyə yararlı vəziyyətdə olmasına güvənmək istəyirsiniz. Çünki, həmin an bu güvən ən önəmli məsələdir və belə olmadığı təqdirdə yanğını söndürə bilməyəcəksiniz. Bu zaman, nəzərdə tutulmuş məqsədini icra edə bilməyəcək o balon. Öz vəzifə öhdəliklərini düzgün icra edə bilməyən İnsan Resursları mütəxəssisinə də bunu aid etmək olar.

İşçilər mütəmadi olaraq problemlərlə qarşılaşır və problemlərin həllində onlara dəstək ola biləcək və düzgün istiqamətləndirəcək İnsan Resursları mütəxəssisinə ehtiyacları olur. İnsan Resursları mütəxəssisi bu baxımdan dürüst, düzgün və etibarlı biri olmalı və bu işçiyə təqdim etdiyi xidmətlərdə öz əksini tapmalıdır. Təbii ki, İR mütəxəssis də insandır və hardasa səhv edə bilər, amma ən azından işçi ehtiyac duyduğu məqamlarda İR mütəxəssisə güvənə biləcəyini hiss etməlidir. Bu güvəni yarada bilmək üçün mütəmadi olaraq öz üzərinizdə işləməli, edə bilməyəcəyiniz sözləri verməməli, verdiyiniz sözləri isə tutmalısınız.

Məqsəd - Yanğınsöndürən balonların üzərində adətən onların təyinatları və istifadə qaydaları əks olunur. Belə ki, bərk maddələrin yanğını, mayelərin yanğını, elektrik yanğınları, məişət yanğınları və sairə tipli yanğınlar zamanı sulu, köpüklü, Karbon dioksid (CO2), quru tozlu və sairə balon növlərindən istifadə olunur. Bu baxımdan, hansı yanğın zamanı hansı yanğınsöndürən balondan istifadə etməli, nə zaman yanğınsöndürmə briqadasına məlumat verilməli olduğunu da bilmək çox vacibdir.

Bəzən İnsan Resurslarına hər problemin həlli ilə bağlı müraciət olunur. Düzdür, İR mütəxəssisləri bir çox məsələlərin həllində və çıxış yolunun tapılmasında iştirak edə bilər. Lakin, bu o demək deyil ki, İnsan Resursları bütün problemləri həll etməlidir. Hansı məsələnin müştəri xidmətlərinə, hansı məsələnin mühasibatlığa, hansı məsələnin Hüquq şöbəsinə aid olması aydınlaşdırılmalı və buna uyğun addımlar atılmalıdır. Yanğınsöndürən balondan fərqli olaraq, hansı məsələlərdə necə köməklik göstərə biləcəyinizi qarşı tərəfə bildirməlisiniz. Əks halda, elektrik yanğınını sulu yanğınsöndürən balonla istifadə etməyə cəhd göstərəcəklər.

Yenilənə bilmək - yəqin ki, yanğınsöndürən balonların üzərində yaşıl-qırmızı cizgili yararlılıq indikatorunu görmüsünüz. Müəyyən bir müddətdən sonra indikator balonun yenilənməli olduğunu göstərir və bu zaman balonun tərkibi servisdə yenilənərək geri qaytarılır.

Eynisi İnsan Resursları mütəxəssislərində də baş verir. Müəyyən bir müddətdən sonra işinin çətinliklərindən, vəzifə öhdəliklərindən dolayı İR mütəxəssis taqətdən düşür. Çünki onun yanına gələnlərin, ona zəng edənlərin bir çoxu "Salam, Necəsən?" demək üçün deyil, hansısa problemini həll etmək üçün bunu edir. Bütün bu iş stressi İR mütəxəssisin də effektivliyini aşağı salır. Lakin, balondan fərqli olaraq, kiminsə bizi servisə aparıb, yeniləməyini gözləyə bilmərik. Bunu özümüz özümüzə etməliyik. Qayğınıza qalın, təbiət qoynunda müəyyən bir vaxt keçirməyə və iş-həyat balansınızı düzgün tənzimləməyə çalışın.

Bir sözlə, İnsan Resursları yanğınsöndürən balondan fərqli olaraq, statik deyil, dinamik olmalıdır. Daha çox görünməli, daha əlçatan, daha güvənilir olmalıdır. Bizim işimiz yanğınları qığılcımdan öncə görüb, qarşısını vaxtında almaqdır.

İstinad: Jeff Palkowski
Müəllif: Orxan Səfərli











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə