İR meneceri yoxsa kadrovik?

26 sentyabr, 2018 0 1 001


İR meneceri yoxsa kadrovik?


HR-AZ.com bu dəfə illərdir ki, İnsan Resursları meneceri kimi çalışan Aygün Hüseynin bloq yazısını təqdim edir...

"Nədəndirsə, indiyə kimi bir-birini tərifləyən İR əməkdaşı ilə qarşılaşmadım. Ən əsas tənqid kimi isə: "Əşşşşi o İR deyil kadrovikdir" cümlələrini eşitmək olub. Əslində isə Azərbaycanda "İR psixologiyası" tam formalaşmamasıdır. İstər mən olum, istər Əli olsun istər Vəli, istərsə də Gülpəri. Biz düşüncəmizdə, xəyal və istəklərimizdə İR sayılırıq. Reallıqda isə hər birimiz kadrovikik. Çünki nə qədərki, Şirkət Rəhbərləri struktur üzrə bütün şöbələrin işinə müdaxilə edəcək, onlara işləmək üçün sərbəstlik verilməyəcək İR-lar işlərini inkişaf etdirə bilməyəcəklər. Amma onlar dərk etməlidirlər ki, İR sahəsi inkişaf etsə, bu şirkətdə işçi məmnuniyyətini yüksəldəcəkdir ki, nəticə etibari ilə şirkətin iş effektivliyi qarşılıqlı olaraq yüksələcəkdir. Bunu isə Şirkət Rəhbərləri qəbul etmir və ya etmək istəmir. Onların gördükləri: " performans dəyərləndirməsi boşuna maddiyyat itkisidir. 5 ildir mütəxəssis işləyən Səbinəni motivasiya məqsədi ilə Baş mütəxəssis edib əmək haqqısını çox yox 50-100 AZN aralığında qaldırmaq lazım deyil. Səbinə işindən məmnundur. iş saatı 09:00-18:00 aralığında olsa belə çox vaxt 19:00-da gedirsə, verilən bütün tapşırıqları vaxtında gileylənmədən yerinə yetirirsə, ondan sonra gələn yeni əməkdaşa daha yüksək əmək haqqı ayrılır və Səbinə buna narazılığını bildirmirsə, demək ki, hər şey qaydasındadır" Bu baxımdan İR-ın müraciəti Rəhbərliyin "səs eləmə, dəymə qoy işləsin"-lə susdurulur. Nəticədə Səbinə daha yüksək əmək haqqı ilə digər şirkətə iş təklifi alır. Səbinə isə sağ olsun gedir "B" şirkətində bizimlə çalışdığı "A" şirkətini geninə boluna pisləyir. Həmin "B" şirkətin İR əməkdaşı isə "sizin İR kadrovik olubeee ona görə" deməklə özünü "ağıllı" göstərməyə çalışır. Dəyərli İR kollegalarım, bir şeyi anlayın ki, başqa İR əməkdaşın adını eşidəndə "pufffff" deyərək ağız büzməniz sizi "supper-pupper" etmir, bu kənardan olduqca qeyri-peşəkar və ən azı qeyri-etik görünür. Bundan əlavə burada tez-tez qarşıma çıxır hansısa İR əməkdaşı elan paylaşır, məsələn Satış məsləhətçisi vakansiyası aktivdir. Əmək haqqı: 300 AZN. Vəssalam, əsil Vətəndaş müharibəsi gedir rəylərdə. Sanki Rəhbərlik büdcədən 1000AZN ayırmışdı, həmin xanım isə 1000AZNdən 700AZN şəxsi büdcəsinə keçirib. Başa düşürəm, həmin İR əməkdaşı öz rəyini, öz münasibətini şirkətin Rəhbərinə bildirməlidir. Hazırki əmək haqqı bazarından məlumat verməlidir. Ya veribsə? Rəhbər əgər 300AZN-dən artıq vermək istəmirsə, nə olmalıdır? Rəhbər tapşırıq verir, İR elan paylaşır. Namizəd müraciət etməsin. Etməsin, müraciət olmazsa, inanın Rəhbər bunu artıq görəndən sonra ə/h yenidən baxacaqdır. Kimdəsə səhv axtarmaqdansa, bir az özünüz də səhvi az da olsa özünüzdə axtarmağa çalışın. Saytlarda, statuslarda hansısa İR əməkdaşını pisləyəndə nəzərə alın ki, o da sizin kimi əməkdaşdır. Şirkət Rəhbəri deyil, şirkətdaxili bütün qayda-qanunlar sizin kimi ona da aiddir. İR psixologiyasının Azərbaycanda inkişaf olunması ümidilə! Hörmətlər, sevgilər..."











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə